6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Rusiya XİN: Paşinyan tamamilə ziddiyyətli və çaşdırıcı açıqlamalar verir

11-avqust-2026, 08:54
Rusiya XİN: Paşinyan tamamilə ziddiyyətli və çaşdırıcı açıqlamalar verir
Yazı Ölçüsü:

Rusiya XİN-in nazir müavini Mixail Qaluzin Ermənistanın Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq məsələsi ilə bağlı referendum barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatlarının dolaşıq olduğunu bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə o, TASS-a müsahibəsində deyib.

Nazir müavininin qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasının 205-ci maddəsi fövqəlmilli beynəlxalq təşkilatlara üzvlüklə bağlı belə bir referendumun məhz Ermənistan hökuməti tərəfindən təşəbbüs edilməsini nəzərdə tutur.

Eyni zamanda, onun sözlərinə görə, 2025-ci ildə “Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” gələcək qanunun müzakirəsi zamanı Ermənistan tərəfi Konstitusiyanın müddəalarına baxmayaraq, həmin qanunun qəbul edilməsinin referendum keçirilməsini zəruri etmədiyini iddia edib. Buna səbəb kimi isə sənədin sadəcə heç bir hüquqi nəticəsi olmayan siyasi deklarasiya olduğu göstərilib.

“İndi isə biz eşidirik ki, guya Ermənistanın iyun ayında keçirilmiş seçkilərinin nəticələri özlüyündə ölkənin avropayönlü kursuna, Avropa norma və qaydalarının ölkədə daha da tətbiqinə ümummilli dəstəyi göstərir və buna görə də yenidən referenduma ehtiyac yoxdur”, — nazir müavini bildirib.

“Xatırladım ki, seçki kampaniyası zamanı Paşinyan bəzən diametral şəkildə əks və dolaşıq bəyanatlar verirdi. Üstəlik, bəzən kifayət qədər açıq şəkildə etiraf edirdi ki, Ermənistanı hələ heç kim Avropa İttifaqına dəvət etməyib və ölkə ümumiyyətlə heç vaxt Aİ-yə üzv olmaya da bilər”, — deyə o əlavə edib.

“Doğrudan da, artıq çox şey deyilib, lakin bütün bunlar heç də məsələyə aydınlıq gətirmir”, — Qaluzin vurğulayıb.

Qaluzinin sözlərinə görə, məhz buna görə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistan sakinlərinin bu məsələ ilə bağlı əslində nə düşündüklərini anlamağın zəruri olduğunu bildiriblər.

“Üstəlik, söhbət abstrakt-nəzəri mənada — ‘Aİ-ni istəyirsinizmi?’ — sualından getmir. Konkret-praktik mənada, yəni gələcəkdə Aİ-yə üzvlük perspektivi heç də aydın olmadığı halda, Ermənistanın Aİİ üzvlüyündən imtina etməyə hazırsınızmı? Çünki sualın məhz bu formada qoyulması Ermənistan Respublikası vətəndaşlarına qarşı daha dürüst olacaq. Həmçinin Aİİ-nin digər üzvlərinə münasibətdə də”, — agentliyin müsahibi sözlərini yekunlaşdırıb.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31