6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Moldova Rusiyadakı səfirini geri çağırıb

10-avqust-2026, 14:16
Moldova Rusiyadakı səfirini geri çağırıb
Yazı Ölçüsü:

Moldova Xarici İşlər Nazirliyi Kroçmaz rayonunda pilotsuz uçuş aparatının düşərək partlaması ilə bağlı baş vermiş insidenti “qətiyyətlə pisləyib”.

"PostMedia" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

“Moldova Respublikasının suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulması olan bu insident vətəndaşlarımızın təhlükəsizliyinə təhdid yaradır. Moldova Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı təcavüzkar müharibəni və bunun ölkəmizin, eləcə də bütün regionun təhlükəsizliyi üçün yaratdığı nəticələri pisləyir”, — Moldova Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Mənbənin bildirdiyinə görə, bu kontekstdə Xarici İşlər Nazirliyi Moldovanın Moskvadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031