6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

İranın ali lideri Əhməd Vəhidini İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri təyin edib

10-avqust-2026, 19:47
İranın ali lideri Əhməd Vəhidini İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri təyin edib
Yazı Ölçüsü:

İranın ali lideri Müctəba Xamenei Əhməd Vahidini İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı təyin edib.

PostMedia” xəbər verir ki, bu barədə İranın ali liderinin fərmanında bildirilib. Vahidiyə general-leytenant rütbəsi verilib, onun müavini vəzifəsinə isə Mustafa İzadi təyin olunub.

Fərmanda həmçinin Əlirza Təngsirinin ölümündən sonra SEPAH Hərbi Dəniz Qüvvələrinin yeni rəhbərinin Əli Özmai olduğu qeyd edilib.

Qeyd edək ki, SEPAH-ın əvvəlki baş komandanı Məhəmməd Pakpur və korpusun Hərbi Dəniz Qüvvələrinin rəhbəri admiral Təngsiri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başladığı ilk gün - fevralın 28-də həlak olublar.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31