6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Pezeşkian: "Azərbaycan İrana marşrutlarla bağlı problemləri həll etməyə kömək edib və lazımi dəstəyi göstərib"

10-avqust-2026, 08:07
Pezeşkian: "Azərbaycan İrana marşrutlarla bağlı problemləri həll etməyə kömək edib və lazımi dəstəyi göstərib"
Yazı Ölçüsü:

İran Prezidenti Məsud Pezeşkian qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılmasından danışarkən Azərbaycanla əməkdaşlığı xüsusi qeyd edib.

"PostMedia" xəbər verir ki, Pezeşkianın sözlərinə görə, İran, ABŞ və İsrail arasında müharibə zamanı Tehranla Bakı arasında müəyyən çətinliklər yaranıb. Azərbaycan daha əvvəl bir sıra marşrutları bağlamış, İran banklarından birinin fəaliyyəti də dayandırılmışdı. Lakin aparılan danışıqlardan sonra vəziyyəti tənzimləmək mümkün olub.

“Azərbaycanla bağlı müəyyən siyasi məsələlərə baxmayaraq, dialoq və əməkdaşlıq davam edir”, – deyə İran prezidenti bildirib.

O vurğulayıb ki, Tehran Bakı ilə əlaqələri qoruyub saxlayıb və yaranan problemlərin həlli üçün danışıqlar aparıb. Pezeşkianın sözlərinə görə, nəticədə Azərbaycan İrana, o cümlədən marşrutlarla bağlı məsələlərin həllində lazımi dəstəyi göstərib.

“Onlar bizi müşayiət edir və ehtiyac duyduğumuz hər məsələdə dəstək göstərirdilər”, – deyə Pezeşkian bildirib.

İran prezidenti ümumilikdə müharibədən sonra Tehranla qonşu ölkələr arasında münasibətlərin yaxşılaşdığını qeyd edib. Onun sözlərinə görə, Pakistan, Əfqanıstan və Türkmənistan İrana dəstək göstərir, Rusiya və İraq da ölkəyə “yaxşı kömək edib”.

Pezeşkian Azərbaycanla əməkdaşlığın mövcud siyasi məsələlərə baxmayaraq davam etdiyini vurğulayıb.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31