6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

"TRIPP+" fondunun vəsaiti iki dəfə artırılaraq 402 milyon dollara çatdırıldı

04-avqust-2026, 03:09
"TRIPP+" fondunun vəsaiti iki dəfə artırılaraq 402 milyon dollara çatdırıldı
Yazı Ölçüsü:
ABŞ hökuməti "TRIPP+" Sahibkarlıq Fondunun maliyyə vəsaitini iki dəfə artıraraq 201 milyon dollardan 402 milyon dollara çatdırıb.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə dövlət qrantlarını izləyən "HigherGov.com" portalında məlumat yerləşdirilib.
Məlumata görə, "TRIPP+" Sahibkarlıq Fondu bu ilin 26 yanvarında – Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Marko Rubionun Vaşinqtonda keçirilən görüşündən iki həftə sonra yaradılıb.
TRIPP marşrutu üzrə infrastruktur layihələrinin həyata keçirilməsi üçün yaradılacaq "TRIPP Development Company" şirkətinin səhmlərinin 26 faizi Ermənistana, 74 faizi isə ABŞ-yə məxsus olacaq. ABŞ tərəfi layihədə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) törəmə şirkəti vasitəsilə təmsil olunacaq.
Qeyd olunur ki, "TRIPP Development Company" ilə "TRIPP+" Sahibkarlıq Fondu fərqli hüquqi qurumlardır.
"TRIPP+" fondu da ABŞ-nin Delaver ştatında qeydiyyatdan keçib. Fonda ABŞ-də fəaliyyət göstərən iş adamı Konstantin Sokolov rəhbərlik edir. Delaverin rəsmi şirkətlər reyestrində fond "Trans-Caspian Enterprise Fund" (Transxəzər Sahibkarlıq Fondu) adı ilə qeydiyyata alınıb.
Daha əvvəl "The Guardian" yazmışdı ki, fond Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində – Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda özəl sektorun inkişafına investisiyalar yatırmaq səlahiyyətinə malikdir. Bu investisiyalar kreditlər, pay yatırımları və qrantlar formasında həyata keçiriləcək.
"HigherGov.com"un məlumatına əsasən, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosu 30 yanvar tarixində fonda 201 milyon dollar qrant ayırıb. Bu vəsaitin 2036-cı il 31 dekabr tarixinədək istifadə olunması nəzərdə tutulurdu.
Portalın məlumatına görə, iyulun 16-da maliyyələşdirmə yenidən nəzərdən keçirilib və ABŞ hökuməti fonda ayrılan qrantın həcmini 402 milyon dollara yüksəldib. Qrantın istifadə müddəti dəyişməyərək 2036-cı ilin sonunadək saxlanılıb.
Məlumatda bildirilir ki, ayrılan vəsaitin əsas hissəsinin Ermənistanda həyata keçiriləcək layihələrə yönəldilməsi planlaşdırılır.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31