“Azərbaycana ilk rəsmi səfərimi həyata keçirməkdən məmnunam”.
“PostMedia” xəbər verir ki, bunu ötən gün Azərbaycana gələn İsveçrənin Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis özünün “X” hesabında qeyd edib.
“İsveçrə Azərbaycanla tərəfdaşlığına böyük önəm verir. Biz ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığımızı dərinləşdirməyi, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqazda dialoqu, sülhü, sabitliyi və rifahı təşviq etməyi hədəfləyirik.
Bu səfər daha geniş regional diplomatik fəaliyyətimizin başlanğıcıdır”.