6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Tramp ABŞ və İranın Hörmüz boğazı ilə bağlı razılığa gəldiyini deyir

03-avqust-2026, 10:23
Tramp ABŞ və İranın Hörmüz boğazı ilə bağlı razılığa gəldiyini deyir
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp iddia edib ki, Vaşinqton və Tehran Hörmüz boğazı ilə bağlı razılığa gəliblər və hazırda İranın nüvə proqramına dair yekun sazişin əldə olunmasını gözləyir.

"PostMedia" xəbər verir ki, ABŞ lideri bu barədə avqustun 2-də Vaşinqtona qayıdarkən prezident təyyarəsində jurnalistlərlə söhbəti zamanı danışıb.

Trampın sözlərinə görə, ABŞ-nin İrana zərbə endirmək planından imtina etməsində Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da mühüm rol oynayıb.

"Onların bunu xahiş etməsinin səbəbi odur ki, onlar hesab edirlər ki, artıq razılıq var. Hörmüz boğazı ilə bağlı razılıq əldə olunub, bundan sonra isə nüvə proqramı, yaxud mənim adlandırdığım kimi, İranın nüvəsizləşdirilməsi ilə bağlı razılaşma olacaq. Mən buna İranın nüvəsizləşdirilməsi deyirəm", – deyə ABŞ prezidenti bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031