6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

İran XİN: Hörmüz boğazı artıq əvvəlki statusuna qayıtmayacaq

03-avqust-2026, 00:43
İran XİN: Hörmüz boğazı artıq əvvəlki statusuna qayıtmayacaq
Yazı Ölçüsü:

İran Hörmüz boğazı ətrafındakı vəziyyəti hərbi gərginlik başlamazdan əvvəlki vəziyyətə qaytarmaq niyyətində deyil.

"PostMedia" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

Bəqainin sözlərinə görə, İran və Oman arasında boğazla bağlı aparılan danışıqlar onun açılması və ya bağlanması məsələsi ilə birbaşa əlaqəli deyil. O qeyd edib ki, boğazda gəmi hərəkətinə tətbiq olunan məhdudiyyətlər "ABŞ-nin təxribatları və İrana qarşı dəniz blokadası" nəticəsində yaranıb.

"İslam Respublikası milli maraqları və təhlükəsizlik tələblərini əsas götürərək hərəkət edir və təhdid və təzyiqlər altında öz qərarlarını dəyişməyəcək", – deyə İran XİN rəsmisi vurğulayıb.

O əlavə edib ki, Omanla məsləhətləşmələr ikitərəfli xarakter daşıyır və məqsəd "İranın maraqlarını təmin edəcək mexanizmin hazırlanmasıdır".

Bəqainin sözlərinə görə, bu müzakirələr uzun müddətdir davam edir və yeni təşəbbüs deyil.

İran XİN nümayəndəsi həmçinin bildirib ki, Tehran KİV-lərdə səsləndirilən təhdidlər və ya təzyiqlər səbəbindən öz mövqeyindən geri çəkilmək niyyətində deyil.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31