6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Litva Kiyevdəki səfirliyinə ziyan dəyməsi ilə əlaqədar Rusiyaya etiraz notası təqdim edib

02-avqust-2026, 13:33
Litva Kiyevdəki səfirliyinə ziyan dəyməsi ilə əlaqədar Rusiyaya etiraz notası təqdim edib
Yazı Ölçüsü:
Litvanın Xarici İşlər Nazirliyi avqustun 1-də Vilnüsdəki Rusiya səfirliyinin nümayəndəsini nazirliyə çağıraraq Kiyevə endirilən kütləvi raket zərbəsi ilə bağlı ona etiraz notası təqdim edib. Hücum nəticəsində mülki obyektlərə, o cümlədən Litvanın Kiyevdəki səfirliyinin binasına ziyan dəyib.
"PostMedia" xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.
Litva XİN-in məlumatına görə, avqustun 1-nə keçən gecə Rusiya Ukraynaya növbəti genişmiqyaslı raket hücumu həyata keçirib. Litvanın xarici işlər naziri Kyastutis Budris bildirib ki, Kiyevdə Litva səfirliyinin yaxınlığına iki raket düşüb: onlardan biri binadan təxminən 150 metr, digəri isə cəmi 10 metr məsafədə partlayıb.
Etiraz notasında Vilnüs hücumu, diplomatik nümayəndəliyin zədələnməsini və səfirlik əməkdaşlarının təhlükəsizliyinə yaranan təhdidi qətiyyətlə pisləyib.
Litvanın Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu cür hərəkətlər 1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.
Vilnüs bəyan edib ki, dəymiş zərərin qiymətləndirilməsi başa çatdıqdan sonra Rusiyadan kompensasiya tələb edəcək və əlavə cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Bununla yanaşı, Litva bir daha Moskvanı münaqişənin eskalasiyasını dərhal dayandırmağa, Ukraynaya qarşı hərbi əməliyyatlara son qoymağa, qoşunlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindən çıxarmağa və vurduğu zərəri kompensasiya etməyə çağırıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31