6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Ermənistan hökuməti istefa verib

02-avqust-2026, 11:46
Ermənistan hökuməti istefa verib
Yazı Ölçüsü:
Ermənistan Konstitusiyasının 158-ci maddəsinə uyğun olaraq, yeni seçilmiş Milli Assambleyanın ilk iclası günü hökumət istefa verib.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanln Baş naziri Nikol Paşinyan məlumat verib.
Paşinyan yayımladığı videoda hökumətin istefası barədə sənədi imzalayıb. Sənəd Ermənistan Prezidentinə göndərilib.
Baş nazir bildirib ki, istefa vermiş hökumət üzvləri yeni hökumət formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.
O, həmçinin qeyd edib ki, yeni seçilmiş Milli Assambleyanın səlahiyyət müddəti başladıqdan sonra Ermənistan Prezidenti parlament çoxluğunun irəli sürdüyü namizədi dərhal baş nazir təyin edəcək.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan isə hökumətin istefasını qəbul edən fərman imzalayıb.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031