6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Tramp: "Tehran və Yaxın Şərq ölkələrinin müraciətindən sonra ABŞ İrana zərbə endirməkdən imtina edib"

02-avqust-2026, 09:27
Tramp: "Tehran və Yaxın Şərq ölkələrinin müraciətindən sonra ABŞ İrana zərbə endirməkdən imtina edib"
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İrana hərbi zərbə endirməyə hazır idi, lakin Tehranın və Yaxın Şərqin bir sıra ölkələrinin ABŞ-yə müraciət edərək hərbi əməliyyatlardan çəkinməyi xahiş etməsindən sonra bu qərardan imtina edib.
"PostMedia" xəbər verir ki, bu barədə o, özünün "Truth Social" hesabında yazıb.
Amerika liderinin sözlərinə görə, ABŞ tam döyüş hazırlığı vəziyyətində olub və "İkinci Dünya müharibəsindən bəri görünməmiş hərbi gücə" malik idi.
Bununla yanaşı, Tramp iddia edib ki, tərəflər mümkün razılaşmanın əsas parametrləri üzrə artıq ilkin razılıq əldə ediblər.
“İran və Yaxın Şərqin digər ölkələri bizdən hər hansı hücumdan çəkinməyi xahiş etdilər, çünki razılaşmanın əsas parametrləri artıq razılaşdırılmışdı. Bu razılaşma Hörmüz boğazının dərhal, tam və qeyd-şərtsiz açılmasını, həmçinin İranın yaratdığı nüvə təhlükəsinin aradan qaldırılmasını nəzərdə tutur. Bu müraciəti, bütün dünyanın gələcək rifahını və nəticə etibarilə uğurlu və firavan İranın mövcudluğunu nəzərə alaraq, mən hücumu ləğv etməyə razılıq verdim. Şərtimiz odur ki, razılaşmanı qısa müddətdə yekunlaşdıra bilək”.
ABŞ Prezidenti həmçinin bildirib ki, İsrail də bu razılaşmalara qoşulur.
Paylaşımının sonunda Tramp bütün tərəfləri danışıqları mümkün qədər tez başa çatdırmağa və yekun sazişi imzalamağa çağırıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31