6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

İran Hörmüz boğazına bərabər nəzarət tətbiq edilməsi ilə bağlı Oman təklifini rədd edib

29-iyul-2026, 15:41
İran Hörmüz boğazına bərabər nəzarət tətbiq edilməsi ilə bağlı Oman təklifini rədd edib
Yazı Ölçüsü:

İran Hörmüz boğazına nəzarətin bərabər şəkildə bölüşdürülməsi ilə bağlı Oman tərəfindən irəli sürülən təklifi qəbul etməyib.

"PostMedia" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Mənbələrin məlumatına görə, Oman Hörmüz boğazına müvəqqəti olaraq bərabər nəzarətin tətbiqini nəzərdə tutan plan təklif edib. Lakin Tehran dünya neft tədarükü üçün strateji əhəmiyyət daşıyan bu su yolunun böyük hissəsinin öz nəzarətinə verilməsini tələb edib.

Nəşr qeyd edir ki, İranın bu mövqeyi ABŞ-la qarşıdurmanın dayandırılması ilə bağlı danışıqların tezliklə bərpası ümidlərini riskə atıb.

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi qəzetə açıqlamasında bildirib ki, Oman Hörmüz boğazının böyük hissəsinin İranın nəzarətinə verilməsi təklifini dəstəkləməyənədək Tehran Vaşinqtonla danışıqların növbəti mərhələsinə razı olmayacaq.

Onun sözlərinə görə, Oman planı "İranın təhlükəsizlik problemlərini həll etmir".

"Daxil olan dəniz dəhlizi tam şəkildə İranın nəzarətində olmalıdır, çıxış nəqliyyat dəhlizinin bir hissəsi isə Oman nəzarətində qala bilər", – deyə Qəribabadi bildirib.

İran rəsmisi əlavə edib: "Əgər onlar bu təklifi qəbul etsələr, biz növbəti mərhələyə keçəcəyik".

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31