6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Ukrayna Ryazandakı "Wildberries" anbarına və neft emalı zavoduna zərbə endirib: Taqanroqda raket qalıqları yaşayış binasına düşüb

29-iyul-2026, 11:33
Ukrayna Ryazandakı "Wildberries" anbarına və neft emalı zavoduna zərbə endirib: Taqanroqda raket qalıqları yaşayış binasına düşüb
Yazı Ölçüsü:
İyulun 29-u səhər saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Ryazan şəhərinə kütləvi hücum həyata keçirib.
"PostMedia" xəbər verir ki, çu barədə Ryazan vilayətinin qubernatoru Pavel Malkov məlumat verib.
"PUA qalıqlarının sənaye ərazilərinə düşməsi nəticəsində yanğın baş verib. Hazırda altı nəfər xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə yoxdur", – deyə Malkov Telegram kanalında yazıb.
Qubernator həmçinin hücumun nəticələrinə dair foto və videoların paylaşılmasına qadağa qoyulduğunu xatırladıb.
"Astra" nəşrinin təhlil etdiyi görüntülərə əsasən, hücumun hədəflərindən biri Ryazan vilayətinin Tyuşevo kəndi yaxınlığında yerləşən "Ryazanski" sənaye parkındakı "Wildberries" çeşidləmə kompleksi olub.
Anbara zərbə endirildikdən dərhal sonra Wildberries girişləri məhdudlaşdırıb və əməkdaşların təxliyə edildiyini açıqlayıb.
"Anbarda saxlanılan məhsullar müvəqqəti olaraq satışdan çıxarılıb", – deyə şirkətin satıcılara göndərdiyi bildirişdə qeyd olunub.
Bundan əlavə, Ukraynanın monitorinq kanalı Exilenova+-nın məlumatına görə, PUA hücumu nəticəsində "Rosneft" şirkətinin Ryazan neft emalı zavodunda da yanğın baş verib. Həmin zavod may ayının ortalarında da dron hücumları səbəbindən neft emalını müvəqqəti dayandırmışdı.
Eyni gecə Ukrayna Silahlı Qüvvələrinin Rostov vilayətinin Taqanroq şəhərinə də zərbə endirdiyi bildirilib.
Rostov vilayətinin qubernatoru Yuri Slyusarın sözlərinə görə, raket qalıqlarının yaşayış binasına düşməsi nəticəsində bir qadın həlak olub, bir kişi yaralanıb.
Binanın sakinləri təxliyə edilərək müvəqqəti yerləşdirmə məntəqəsinə aparılıb. Taqanroq meri Svetlana Kambulova isə bildirib ki, bir neçə fərdi ev və kommersiya obyektinə ziyan dəyib.
Reuters-in sahə mənbələrinə istinadən verdiyi məlumata görə, ilin əvvəlindən Ukrayna qüvvələri Rusiyanın bütün iri neft emalı zavodlarına zərbələr endirib. Bunun nəticəsində iyulun əvvəlində avtomobil benzini istehsalı yay dövründəki orta tələbatın təxminən 65%-nə qədər azalıb.
İyulun 18-dən etibarən Ukrayna qüvvələrinin "Wildberries"in logistika mərkəzlərinə də zərbələr endirməyə başladığı bildirilir. Dron hücumlarının hədəfləri arasında Moskva və Tambov vilayətləri, Krasnodar və Stavropol diyarları, Leninqrad vilayəti, Sankt-Peterburq, Voronej vilayəti və işğal olunmuş Krımdakı anbarlar da olub.
Data Insight agentliyinin aparıcı analitiki Sergey Semko yalnız Moskva və Tambov vilayətlərində yanan məhsulların dəyərini 170–230 milyard rubl aralığında qiymətləndirib.
Bununla yanaşı, satıcılar bildiriblər ki, marketpleysin ilk kompensasiya ödənişləri zərərin hətta yarısını belə qarşılamayıb. Onların əksəriyyəti itirilmiş məhsulların dəyərinin yalnız 10–40%-ni, bəzi satıcılar isə cəmi 3–5%-ni ala biliblər.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31