Dünyaca məşhur türk pianoçu və bəstəkar Fazıl Say evlənib.
”PostMedia” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, flüt ifaçısı Aslıhan And ilə İstanbuldakı evində sadə bir mərasimlə nikah masasına əyləşib. Mərasim ailə üzvləri və yaxın dostların iştirakı ilə keçirilib.
Cütlük bildirib ki, may ayında İstanbunda dostları və sənətçi həmkarlarının da qatılacağı ayrıca bir qeyd etmə mərasimi təşkil edəcəklər. Fazıl Say və Aslıhan And xoşbəxtliklərini daha geniş çevrə ilə paylaşmağı planlaşdırır.
Fazıl Say klassik musiqidə Türkiyənin ən tanınmış simalarından biridir və dünya səhnələrində verdiyi konsertlərlə böyük nüfuz qazanıb. Aslıhan And isə flüt sənətçisi kimi müxtəlif musiqi layihələrində çıxış edir.
Cütlüyün nikah xəbəri sənət camiəsində böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə çox sayda təbrik mesajları paylaşılıb.

