N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Qəddafinin oğlu Hannibal azadlığa buraxılıb

06-noyabr-2025
Türkan Nəbi
Qəddafinin oğlu Hannibal azadlığa buraxılıb
Yazı Ölçüsü:
Liviyanın keçmiş lideri Muəmmər Qəddafinin oğlu Hannibal Qəddafi azadlığa buraxılıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Lebanon 24" portalı məlumat yayıb.
Məlumata görə, Livan məhkəməsi Hənnibal Qəddafini həbsdən azad edib və daha əvvəl müəyyən edilmiş 11 milyon dollarlıq girov məbləğinin ödənilməsi öhdəliyini də ləğv edib.
Liviyanın Milli Həmrəylik Hökuməti Livan prezidenti Cozef Aun və parlament sədri Nabih Berri-yə “problemin həllində göstərdikləri əməkdaşlığa görə dərin minnətdarlığını” bildirib.
Qeyd edək ki, 50 yaşlı Hənnibal Qəddafi 2015-ci ildə Suriyadan Livana qaçırılıb, sonra isə hüquq-mühafizə orqanlarına təhvil verilib. 2017-ci ildə o, 1978-ci ildə Liviyada itkin düşən şiə imam Musa Sədr barədə məlumatı gizlətməkdə ittiham olunub.
Kateqoriyalar