N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

"TikTok"un yaradıcısı "Steam" tipli oyun platforması üzərində işləyir

27-oktyabr-2025
Türkan Nəbi
"TikTok"un yaradıcısı "Steam" tipli oyun platforması üzərində işləyir
Yazı Ölçüsü:
Çinin "ByteDance" şirkəti "GameTop" adlı oyun hazırlayır.
"PostMedia" xəbər verir ki, bu barədə "TechNode" nəşri məlumat yayıb.
Məlumata görə, yeni xidmət beynəlxalq auditoriyaya yönələcək. Vakansiyalarda qeyd olunur ki, platformada istifadəçilər üçün səviyyə sistemi, mükafatlar və “sosial hub” yaradılacaq. Həmçinin, platformada developer alətləri və istifadəçilərin öz kontentini yaratmaq imkanları da təmin olunacaq.
Qeyd edək ki, 2024-cü ilin mayında "ByteDance" oyun studiyası "Moonton"un rəhbəri olaraq Çjan Yunfan təyin olunub. Onun gəlişi ilə oyun bölməsi daha praktik strategiyaya və məhsulun effektiv yaradılmasına keçib.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında ABŞ istifadəçiləri "ByteDance" tətbiqlərinə, o cümlədən "Marvel Snap" və "Mobile Legends" oyunlarına giriş imkanını itirmişdi.
Bu, yerli hakimiyyətin tətbiq etdiyi sanksiyalarla əlaqədar olmuşdu. 2025-ci ilin sentyabrında isə ABŞ Prezidenti Donald Tramp fərman imzalayıb və sənədə görə, "TikTok"un Amerika bölməsinin 45%-lik payı "Oracle", "Silver Lake" və "MGX" investisiya fondu tərəfindən alınmalı idi, "ByteDance" isə şirkətdə 20% payını saxlayıb.
Kateqoriyalar