6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

"La Sante" həbsxanasında cəza çəkən Nikola Sarkozi baba olub, nəvəsinə onun adı verilib

24-oktyabr-2025, 22:59
"La Sante" həbsxanasında cəza çəkən Nikola Sarkozi baba olub, nəvəsinə onun adı verilib
Yazı Ölçüsü:
Parisdə yerləşən "La Sante" həbsxanasında cəza çəkən Fransanın sabiq prezidenti "Nikola Sarkozi" azadlıqdan məhrum edilməsinin ikinci günündə sevindirici xəbər alıb.
"PostMedia" "Le Parisien" xəbər verir ki, onun nəvəsi dünyaya gəlib.
Siyasətçinin kiçik oğlu olan  28 yaşlı Lui Sarkozi və həyat yoldaşı Natalinin oğlu olub. Körpəyə Silla Nikola adı verilib.
"Bild" nəşrinin məlumatına görə, uşağa babasının adı qoyulub.
“Dünən biz valideyn olduq. Oğlumuz Silla Nikola Sarkozini sizə təqdim etməkdən məmnunuq. Qoy o, güclü və müdrik böyüsün”, — Lui "Instagram"da yazıb.
Nikola Sarkozi korrupsiya və qanunsuz seçki kampaniyasının maliyyələşdirilməsində təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Həbsə girməzdən əvvəl o, ailəsinin onun “əsas dəstək mənbəyi” olduğunu bildirib.
69 yaşlı siyasətçinin artıq üç nəvəsi var. Onun böyük oğlu Jan iki uşağın atasıdır.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930