Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanı tərk etmiş şəxslərə, o cümlədən müğənni Alla Pugaçovaya Ukraynadakı münaqişə haqqında həqiqətləri öyrənmək üçün italiyalı jurnalist Elizeo Bertolazzinin kitabını oxumağı məsləhət görüb.
”PostMedia” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Zaxarova həmin şəxslərin uzaqdan Rusiyada baş verənləri daha yaxşı bildiklərini iddia etdiklərini qeyd edərək bildirib ki, Bertolazzinin “İtalyan jurnalistin gözü ilə Ukrayna münaqişəsi” kitabı onlar üçün faydalı ola bilər.
“Məsələn, düşünürəm ki, Pugaçova üçün bu kitab maraqlı olacaq. Qoy oxusun”, — deyə Zaxarova vurğulayıb.
O əlavə edib ki, italiyalı jurnalist Donetsk və Luqanskda baş verənləri 11 il ərzində yerində görüb, halbuki Rusiyanı tərk edən bəzi şəxslər “kor-koranə həqiqətlərdən qaçmağa üstünlük veriblər”.
Diplomatın sözlərinə görə, rusiyalılar Avropadan 2014-cü ildə Donbas bölgəsinə gedərək başqalarının həyatını xilas etməyə çalışan insanların yazdıqlarını da oxumağa çalışmalıdırlar.
Bundan əvvəl prodüser İosif Priqo jin bildirib ki, Alla Pugaçova Rusiya və Ukrayna arasındakı münasibətlərə təsir etmək gücünə malik idi. Onun fikrincə, Pugaçova şou-biznesdə nüfuz sahibi kimi Vladimir Zelenskiyə müraciət edib mədəni körpü qurmaq və dinc həll yolları axtarmaq barədə təşəbbüs göstərə bilərdi.
Xatırladaq ki, bir müddət əvvəl jurnalistlər Rusiyanı tərk etmiş Pugaçovanın aldığı pensiyanın məbləğini də açıqlamışdılar.