6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Hindistanda süni yağış texnologiyası sınaqdan keçirilib

23-oktyabr-2025, 23:54
Hindistanda süni yağış texnologiyası sınaqdan keçirilib
Yazı Ölçüsü:

Hindistanın paytaxtı Nyu-Dehlidə buludların xüsusi hissəciklərlə toxumlanması üsulu ilə süni yağış yaradılması texnologiyası uğurla sınaqdan keçirilib. Bu barədə Deli Milli Paytaxt Dairəsinin baş naziri Rekha Qupta məlumat verib.
"PostMedia" xəbər verir ki, onun sözlərinə görə, layihə şəhərdə hava çirkliliyinə qarşı mübarizədə mühüm addım olacaq. Əgər hava şəraiti əlverişli olsa, 29 oktyabrda Nyu-Dehlidə ilk süni yağış gözlənilir.
Hakimiyyətin məqsədi havada olan zərərli maddələri azaltmaq və ekoloji tarazlığı bərpa etməkdir. Qeyd edək ki, payız aylarında Dehlidə hava keyfiyyəti kənd təsərrüfatı tullantılarının yandırılması və Diwali bayramı zamanı pirotexnikadan istifadə səbəbindən kəskin pisləşir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031