N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Nikola Sarkozi həbsxanada kitab yazmağa başlayıb

21-oktyabr-2025
Admin
Nikola Sarkozi həbsxanada kitab yazmağa başlayıb
Yazı Ölçüsü:
Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsxanada ilk gündən kitab yazmağa başlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə onun vəkili Jan-Mişel Darrua məlumat verib.
“O, idmanla məşğul olmağa və kitabını yazmağa başlayıb”, — deyə Darruanın sözlərini BFMTV telekanalı sitat gətirib.
Vəkilin sözlərinə görə, Sarkozi 9 kvadratmetrlik kamerada saxlanılır, “orada daimi səs-küy var”.
O əlavə edib ki, keçmiş dövlət başçısı günün ikinci yarısında həyat yoldaşı Karla Bruni ilə görüşüb. “Həbsxanada ilk gün dəhşətlidir, amma o, bunu yaşadı və dözdü”, — deyə vəkil bildirib.
Qeyd edək ki, 25 sentyabrda məhkəmə Sarkozini Liviyanın maliyyə dəstəyi ilə bağlı cinayətkar qruplaşmada iştirakda təqsirli bilib, lakin dövlət vəsaitinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından bəraət alıb. Məhkəmə 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirildiyini sübut etməyib.
Sarkozi beş il həbs cəzasına məhkum edilib və 21 oktyabrda Parisin XIV rayonundakı “La Sante” həbsxanasında cəzasını çəkməyə başlayıb.
Kateqoriyalar