N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Dumanın deputatı - Putin və Tramp Budapeştə eyni təyyarə ilə uça bilərlər

20-oktyabr-2025
Turan Hüseynli
Dumanın deputatı - Putin və Tramp Budapeştə eyni təyyarə ilə uça bilərlər
Yazı Ölçüsü:
Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp mümkün görüş üçün Macarıstanın paytaxtı Budapeştə eyni təyyarə ilə uçmaq məcburiyyətində qala bilərlər.
"PostMedia" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin deyib.
Deputatın sözlərinə görə, hazırda elə bir marşrut yoxdur ki, Putin Rusiyadan Macarıstana Qərb ölkələrinin hava məkanına daxil olmadan uçsun. Bu isə onun təyyarəsinin təhlükə ilə – hətta potensial olaraq tutulma cəhdi ilə üzləşə biləcəyi anlamına gəlir.
Delyagin bildirib ki, iki variant mövcuddur:
Suborbital uçuş (yəni kosmik sərhədə yaxın marşrutla keçid) və Donald Trampla eyni reyslə uçuş. Çünki bu halda təyyarənin qarşısını kəsmək siyasi cəhətdən çətinləşəcək.
Deputat əlavə edib ki, Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi qüvvədə qalır və Macarıstan hakimiyyətinin bu qərarı icra edib-etməyəcəyi risk olaraq qalır.
Qeyd edək ki, oktyabrın 16-da Putin və Tramp arasında bu il artıq səkkizinci telefon danışığı baş tutub. Tərəflər Budapeştdə yeni sammit keçirmək barədə razılığa gəliblər. Macarıstanda artıq hazırlıq üzrə təşkilat komitəsi yaradılıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, görüş məkanının Budapeşt seçilməsi, həm Putinin, həm də Trampın Viktor Orbanla yaxın və konstruktiv münasibətləri ilə bağlıdır.
Mətbuatda artıq Putinin Macarıstana mümkün uçuş marşrutu barədə detallar da yayımlanıb.
Kateqoriyalar