Luvr muzeyində oğurluq: beynəlxalq KİV-lər nə yazıb?
20-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Oktyabrın 19-u Fransanın paytaxtında yerləşən Luvr muzeyində baş verən oğurluq hadisəsi dünya mediasının diqqət mərkəzinə düşüb. Hadisə zamanı bir neçə qiymətli eksponatın oğurlandığı bildirilir.
"PostMedia" xəbər verir ki, bu oğurluq barədə bir sıra xarici xəbər saytları da ətraflı məlumat yayıb.
"Reuters" yazır ki, oğurluğa məruz qalan obyektlər arasında 8 müxtəlif eksponat olub, lakin məşhur "Regent Diamond" daşına toxunulmayıb.
"The Guardian" xəbər verir: “Dünyanın ən çox ziyarət edilən muzeyində insanların içində təxminən 7 dəqiqə ərzində mütəşəkkil bir oğurluq həyata keçirilib. Oğrular arasında işçi geyimi ilə gizlənmiş şəxslər olub”.
"Le Monde" qeyd edir ki, bu hadisə muzey təhlükəsizliyində ciddi boşluqları üzə çıxarıb: "Nəzarət personalının sayı azdır, sistemlər isə uzun müddətdir yenilənməyib”.
"The Guardian" xəbər verir ki, oğurluq günorta saatlarında — muzey açıldıqdan yalnız 30 dəqiqə sonra — baş verib, o cümlədən işçi paltarı geyinmiş şəxs tərəfindən vitrin açılması görüntülənib".
"Associated Press" (AP): "Muzey oğurluqdan sonra növbəti gün bağlı qalıb və hadisə muzey təhlükəsizliyi ilə bağlı böyük narahatlıq yaradıb" .
"The Art Newspaper" yazır ki, bu oğurluq Fransada muzeylərdə təhlükəsizlik sahəsində ciddi layihə boşluqlarını üzə çıxarıb.