6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Serbiyadan geri addım: “Türkiyəni təhdid etmək üçün çox kiçik ölkəyik”

10-oktyabr-2025, 13:29
Serbiyadan geri addım: “Türkiyəni təhdid etmək üçün çox kiçik ölkəyik”
Yazı Ölçüsü:
Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovoya təhvil verilən minlərlə "Skydagger" kamikadze pilotsuz aparatlardan sonra Türkiyəyə sərt reaksiya göstərmiş və “Türkiyənin həqiqi niyyətini çox yaxşı anlayırıq” demişdi.
"PostMedia" xəbər veirr ki, o, yeni açıqlamasında emosional davrandığını etiraf edərək reaksiya tonunun sərt olduğunu qəbul edib:
“Mən Türkiyəni təhdid edirəm? Biz bunun üçün çox kiçik bir ölkəyik. Türkiyə ilə ən yaxın və ən yaxşı münasibətlərə sahib olmaq istəyirik,” – deyə Vuçiç bildirib.
Qeyd edək ki, uzun illərdir Kosovoyla gərginlik yaşayan Serbiya, Türkiyənin Kosovaya göndərdiyi "Skydagger" kamikadze dronlarının ardından sərt bəyanat vermişdi. Vuçiç, Türkiyəni Osmanlı imperiyasını yenidən diriltmək istəyi ilə təqsirləndirmiş və “Serbiya kiçik ölkə ola bilər, amma Türkiyənin gerçək niyyətlərini çox yaxşı anlayırıq,” sözlərini işlətmişdi.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031