N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Təbiətin antibiotiki: dağ moruğu orqanizmi qoruyur

09-oktyabr-2025
Admin
Təbiətin antibiotiki: dağ moruğu orqanizmi qoruyur
Yazı Ölçüsü:
Alimlər müəyyən edib ki, bir ədəd dağ moruğununa atibiotiklərsiz sidik yollarını qorumaq qabiliyyətinə malikdir.
"PostMedia" xəbər verir ki, bu barədə məlumat "Frontiers in Nutrition" (Front Nutr) jurnalında dərc olunan tədqiqatda yer alıb.
Araşdırmaya görə, meyvənin tərkibindəki proantosianidinlər bakteriya "E. coli"nin sidik kisəsinin divarlarına yapışmasına və davamlı bioplyonkalar (bakteriya təbəqələri) yaratmasına mane olur. Bu da xroniki infeksiyaların əsas səbəblərindən birini önləyir.
Bundan əlavə, dağ moruğu bağırsaq mikroflorası ilə qarşılıqlı təsirə girərək oradakı polifenolları aktiv maddələrə çevirir və antimikrob təsiri daha da gücləndirir.
Beləliklə, meyvə təkcə iltihabın qarşısını almır, həm də orqanizmin təbii müdafiə mexanizmini gücləndirir.
Tədqiqat müəllifləri vurğulayırlar ki, artan sayda elmi işlər dağ moruğunyn sidik yolu infeksiyalarının profilaktikasında təbii vasitə kimi potensialını təsdiqləyir.
Lakin alimlər onun ən effektiv dozalarını və qəbul formalarını (ekstrakt, kapsul və ya içki şəklində) hələ dəqiqləşdirməlidirlər.
Bundan əvvəl isə mütəxəssislər məlum etmişdilər ki, albalı içkisi artıq çəkisi olan insanlarda yaddaş və diqqəti yaxşılaşdırır.
Kateqoriyalar