N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

İtkin düşən bacılar 36 il sonra tapıldı

03-oktyabr-2025
Türkan Nəbi
İtkin düşən bacılar 36 il sonra tapıldı
Yazı Ölçüsü:

36 il əvvəl itkin düşən iki bacı DNT analizinin köməyi ilə sağ tapılıb

PostMedia” xəbər verir k, bu barədə “NBC News” məlumst yayıb.

Məlumata görə, Kaliforniyada nadir hadisə baş verib, onilliklər sonra itkin hesab olunan şəxslər sağ-salamat aşkarlanıb.

Məlumatda deyilir ki, onların hekayəsi 1989-cu ildə, yeni doğulmuş olduqları vaxtdan başlayır. O zaman çətin şəraitlə yaşayan anaları körpələri tərk edib və qızların sonrakı taleyi məlumat əldə edə bilməyib.

İstintaq yaxınlarda DNT genealoji metodlarının tətbiqi ilə yenidən başlanıb. Bu yanaşma açıq genetik məlumat bazalarında mövcud olan məlumatlar vasitəsilə insanların ailə əlaqələrini müəyyən etməyə imkan verir. İstintaqçılar uyğunluqlar tapıb və qadınların izinə düşüblər. Məlum olub ki, onlar onilliklər əvvəl itkin düşmüş həmin bacılardır. İndi isə onlar böyüyüb öz həyatlarını, ailələrini və işlərini qurublar.

Polisin məlumatına görə, hər iki qadın təhlükəsiz şəraitdədir və heç bir cinayət fəaliyyətinin qurbanı olmayıb. Onlar başqa bir ailənin yanında böyüyüblər və uzun müddət öz keçmişlərindən xəbərsiz olublar. Qadınların şəxsiyyəti DNT testləri ilə təsdiqlənib.

İndi isə istintaqın qarşısında yeni sual dayanır – onların anasına nə olub?

Çünki o da bacılarla birlikdə 30 ildən çoxdur yoxa çıxıb. Onun axtarışları davam edir və istintaq əsasən ananın taleyinə yönəlib.

Bu hekayə ABŞ-da böyük rezonans doğurub. Çoxları bunu “möcüzə” adlandırır və onilliklərdir itkin olan insanların sağ-salamat tapılmasının nadir hal kimi qiymətləndirirlər.

Kateqoriyalar