N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

ABŞ-nin Azərbaycandakı Səfirliyi "Facebook" hesabını yeniləməyəcək - MALİYYƏ YOXDUR

01-oktyabr-2025
Turan Hüseynli
ABŞ-nin Azərbaycandakı Səfirliyi "Facebook" hesabını yeniləməyəcək - MALİYYƏ YOXDUR
Yazı Ölçüsü:
"Maliyyələşmənin dayandırılması ilə əlaqədar olaraq, "Facebook" sosial media hesabımızda tam fəaliyyət bərpa olunana qədər mütəmadi yenilənmələr aparılmayacaq".
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Qurumun açıqladığı məlumatda deyilir ki, istisna yalnız təxirəsalınmaz hallar və təhlükəsizliklə bağlı vacib məlumatlara aiddir:
"Hazırda ABŞ-də, eləcə də xaricdəki ABŞ səfirlikləri və konsulluqlarında planlaşdırılmış pasport və viza tranzit xidmətləri imkan daxilində, maliyyələşmənin dayandırıldığı müddətdə də davam etdiriləcək. Sosial media hesablarımızda yenilənmələr yalnız tam fəaliyyət bərpa olunduqdan sonra davam etdiriləcək. Təxirəsalınmaz və təhlükəsizliklə bağlı məlumatlar istisnadır. Xidmətlərimiz və fəaliyyətimizin cari statusu ilə bağlı ən son məlumatlar üçün travel.state.gov saytına daxil olun".
Kateqoriyalar