6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Orxan Hüseynzadə məsələsi şişir - 5 nəfər işdən çıxarıldı

30-avqust-2025
Orxan Hüseynzadə məsələsi şişir - 5 nəfər işdən çıxarıldı
Yazı Ölçüsü:

Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verib.

"PostMedia" "Unikal"a istinadən xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətində aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.

Məlum olub ki, O. Hüseynzadə icra başçısı təyin edilən zaman (01.11.2024) özü ilə beş nəfəri də Ağdaşa apararaq onlara İcra Hakimiyyətində müxtəlif vəzifələr verib. Bütün işləri sözügedən məmurlar aparıb, bu da etiraza səbəb olub.

O.Hüseynzadə həmin məmurları dünən işdən azad edib.

İşdən çıxarılan şəxslərdən üçünün adı məlum olub:

Elvin Quliyev - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi,

Şahin Bayramov - Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi,

Samir Quliyev - Tofiqi Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930