Avqustun 30-da Ermənistanda baş tutacaq “Coca-Cola Music Fest”in təşkilatçıları Azərbaycan əsilli Niderland müğənnisi Sevdalizanın Ermənistana gəlişini ləğv ediblər.
“PostMedia” xəbər verir ki, bu barədə Festivalın təşkilatçıları məlumat yayıb.
Səbəb isə ifaçının yaradıcılığının guya anti-xristian təbliğatı ehtiva etməsi ilə bağlı ictimai narazılıq olub.
Təşkilatçıların sözlərinə görə, hazırda onlar əvəzləyici digər sənətçilərin axtarışındadırlar.
Qeyd edək ki, əsl adı Sevda Əlizadə olan müğənni Sevdaliza təxəllüsü ilə çıxış edir. O, 1987-ci ildə Tehranda anadan olub, 5 yaşında olarkən ailəsi ilə birlikdə Amsterdama köçüb.
Xatırladaq ki, əsasən Avropa ölkələrində keçirilən “Coca-Cola Music Fest”in əsas sponsoru “Coca-Cola” şirkətidir.

Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
