6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Bill Geyts övladlarına nə qədər sərvət verəcəyini açıqlayıb

09-aprel-2025, 19:02
Bill Geyts övladlarına nə qədər sərvət verəcəyini açıqlayıb
Yazı Ölçüsü:

“Microsoft”un yaradıcısı Bill Qeyts (Bill Gates) 101,2 milyard dollarlıq sərvətinin çoxunu uşaqlarına verməyəcəyini bildirib.

“PostMedia” xəbər verir ki, o, bu barədə qonağı olduğu “Raj Shamani ilə Həqiqəti Kəşf Etmək” (Figuring Out With Raj Shamani) proqramında deyib.

B.Qeyts, üç övladının (Cenifer, Rori və Poebi) yaxşı təhsil və tərbiyə aldıqlarını, amma ümumi sərvətin 1 faizindən azını alacaqlarını deyib.

Milyarder onların öz uğurlarını qazanmalarını və “Microsoft”u idarə etmələrini istəmədiyini bildirib. Onun sözlərinə görə, texnologiya sahəsində varlanan insanlar daha çox sərvətlərini bölüşməyi seçirlər və sülalə yaratmaq niyyətində olmurlar.

Amerikalı analitiklər isə hesab edirlər ki, B.Qeytsin sərvətinin 1%-i belə 1 milyard dollardan çoxdur.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031