6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı | PARLAMENT XƏBƏRLƏRİ

Spiker II Qaregin haqqında: “O, Bütün ermənilərin katolikosu deyil”

27-avqust-2026, 11:20
Spiker II Qaregin haqqında: “O, Bütün ermənilərin katolikosu deyil”
Yazı Ölçüsü:

“O, mənim katolikosum deyil. O, Bütün ermənilərin katolikosu deyil”.

"PostMedia" erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Ruben Rubinyan bunu avqustun 27-də Milli Məclisin iclasında Ərazi idarəetməsi və ətraf mühitin mühafizəsi məsələləri üzrə daimi parlament komissiyasının sədrinin seçilməsi məsələsinin müzakirəsi zamanı Bütün ermənilərin katolikosu II Qareginə istinadən bildirib.

O, xüsusilə Katolikosu istefa verməyə çağırıb.

“Mənə lazım deyil ki, növbəti katolikos hakimiyyət tərəfdarı və ya “Vətəndaş müqaviləsi”nin nümayəndəsi olsun. Qoy hamının Bütün ermənilərin katolikosu kimi qəbul etdiyi, övladı olmayan bir insan olsun. Yaxud qaydaları dəyişsinlər və subaylıq andından imtinanı rəsmi şəkildə təsbit etsinlər. Qoy övladları olsun”, – Rubinyan əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930