6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə qarşı sanksiya tətbiq edib

19-avqust-2026, 08:22
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə qarşı sanksiya tətbiq edib
Yazı Ölçüsü:

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti, yaponiyalı hakim Tomoko Akaneyə qarşı sanksiya tətbiq edib.

"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yayılan məlumatda bildirilir.

Akane Haaqada yerləşən BCM-ə qarşı Vaşinqtonun sanksiyalarının növbəti hədəfinə çevrilib. ABŞ daha əvvəl də məhkəmənin fəaliyyətinə qarşı dəfələrlə çıxış edib.

Xüsusilə Vaşinqton BCM-nin Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham olunan İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair orderlər verməsini pisləyib.

ABŞ həmçinin Əfqanıstanda amerikalı hərbçilərin törətdiyi iddia olunan cinayətlərlə bağlı BCM-nin apardığı araşdırmaya da qarşı çıxır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031