6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Azərbaycanın beynəlxalq axtrışa verdiyi nazir müşaviri istefa verdi

19-avqust-2026, 07:55
Azərbaycanın beynəlxalq axtrışa verdiyi nazir müşaviri istefa verdi
Yazı Ölçüsü:
Azərbaycan tərəfindən "Interpol" xətti ilə beynəlxalq axtrışa verilən Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev səlahiyyətlərini dayandırmaq qərarına gəldiyini açıqlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib.
Çadayev vurğulayıb ki, ictimai açıqlamaları, podkastlardakı çıxışları və yazıları, xüsusilə pilotsuz uçuş aparatları, texnoloji suverenlik və bununla bağlı siyasi proseslər barədə fikirləri yalnız onun şəxsi ekspert mövqeyini əks etdirir.
Çadayevin sözlərinə görə, Rusiya Nəqliyyat Nazirliyi dövlət əhəmiyyətli məsələləri, o cümlədən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafını və tranzit daşımaların, o cümlədən Azərbaycan istiqamətində daşımaların təmin edilməsini həyata keçirir.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Baş Prokurorluğu Çadayev, jurnalist İvan Knyazev və siyasi məsləhətçi Semyon Uralov barəsində beynəlxalq axtarış elan edib. Onlar “terrorçuluq”, “konstitusiya quruluşunun zorla dəyişdirilməsinə” və “Azərbaycanın ərazi bütövlüyünün pozulmasına açıq çağırışlar” maddələri ilə ittiham olunublar.
Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31