6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Keçmiş MKİ direktoru: Rusiya Almaniyaya zərbə endirə bilər

18-avqust-2026, 14:34
Keçmiş MKİ direktoru: Rusiya Almaniyaya zərbə endirə bilər
Yazı Ölçüsü:
Moskva Avropa üçün getdikcə daha böyük təhlükəyə çevrilir. Leypsiq hava limanında pilotsuz uçuş aparatının görünməsi, Polşada Rusiya raketinin düşməsi, Rumıniyada dronun qəzaya uğraması və Baltikyanı ölkələrin hava məkanının dəfələrlə pozulması bunun göstəricilərindəndir.
"PostMedia" xəbər verir ki, ABŞ-nin keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Leon Panettanın sözlərinə görə, bunlar Vladimir Putinin Avropanın müdafiə qabiliyyətini sistemli şəkildə sınaqdan keçirdiyinə dair narahatedici siqnallardır.
Panetta “Bild” qəzetinə müsahibəsində hətta Almaniya ərazisinə Rusiyanın hərbi zərbə endirməsi ehtimalını da istisna etməyib. Keçmiş MKİ rəhbərinin fikrincə, Moskva ilk növbədə Qərbin kollektiv müdafiə öhdəliklərinə həqiqətən sadiq olub-olmadığını yoxlamaq istəyir.
Onun sözlərinə görə, Rusiyaya açıq şəkildə bildirilməlidir ki, “Avropa dövlətlərinə qarşı hərbi əməliyyatlar qəbuledilməzdir, çünki söhbət diktatordan gedir”.
Panetta Putinin aqressiv siyasətinin iki əsas səbəbini görür. Onun fikrincə, Kreml rəhbəri Ukraynada müharibəyə görə böyük təzyiq altındadır. Eyni zamanda ABŞ Prezidenti Donald Tramp ilə NATO-dakı Avropa müttəfiqləri arasında yaranan gərginlik Putini diqqəti yayındırmaq üçün yeni cəbhələr axtarmağa daha da sövq edə bilər.
“Putin zəifliyə reaksiya verir. Əgər NATO-da və ABŞ-da bu zəifliyi hiss etsə, təxribatlar törətməyə və zərbələr endirməyə davam edəcək”, – Panetta xəbərdarlıq edib.
Keçmiş MKİ direktoru Ukraynadakı müharibə ilə bağlı Vaşinqtonu da kəskin tənqid edib. O, Trampın siyasətini “qeyri-müəyyən” adlandırıb.
Panettanın sözlərinə görə, ABŞ hazırda Ukraynanı silah, hava hücumundan müdafiə sistemləri və digər zəruri dəstəklə təmin etmək üçün mümkün olan hər şeyi etməlidir. Lakin silah çatışmazlığı səbəbindən NATO və ABŞ hazırda “yalnız dayanıb baş verənləri izləyə bilərlər”.
Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31