6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Böyük Britaniyanın müdafiə nazirinin telefon nömrəsi internetə sızıb

18-avqust-2026, 01:32
Böyük Britaniyanın müdafiə nazirinin telefon nömrəsi internetə sızıb
Yazı Ölçüsü:
Böyük Britaniya hökumətinin üç üzvünün, o cümlədən müdafiə naziri Uez Stritinqin şəxsi mobil telefon nömrələri adları ilə birlikdə internetdə açıq şəkildə yayımlanıb.
"PostMedia" xəbər verir ki, bu məlumat "Politioc"nun Baş nazir Endi Börnhəmin saxta mesajlaşma sxeminin qurbanına çevrildiyini üzə çıxaran xəbərindən sonra ortaya çıxıb. Baş nazir Donald Trampın dövründə "Ağ Ev" aparatının rəhbəri Syuzi Uayls kimi təqdim olunan şəxslə yazışıb. Daha sonra bunun saxtakarlıq olduğundan şübhələnərək əlaqəni dayandırıb.
"Politico" əməkdaşları hökumət üzvlərinin siyahısını araşdırarkən internetdə üç nazirin əlaqə məlumatlarını aşkar ediblər. Bunlar müdafiə naziri Uez Stritinq, ədliyyə naziri Aleks Norris və Şimali İrlandiya məsələləri üzrə nazir Kris Brayantdır.
Nəşr təhlükəsizlik baxımından əlavə risk yaratmamaq üçün telefon nömrələrinin yerləşdirildiyi internet resurslarının adlarını açıqlamayıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31