6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Avqustun 28-də Azərbaycanda Ay tutulması müşahidə ediləcək

13-avqust-2026, 20:52
Avqustun 28-də Azərbaycanda Ay tutulması müşahidə ediləcək
Yazı Ölçüsü:
Avqustun 28-də baş verəcək qismən Ay tutulmasının yalnız yarımkölgəli mərhələsi Azərbaycandan müşahidə olunacaq. Ay tutulmanın əsas mərhələsinə keçərkən artıq Azərbaycanın əksər ərazilərində üfüqdən aşağıda olacaq.
"PostMedia" NASA və "Timeanddate" astronomik hesablamalarına istinadən xəbər verir ki, Bakıda yarımkölgəli mərhələ 05:23-də başlayacaq. Görünən tutulmanın maksimumu təxminən 05:57-də olacaq. Həmin vaxt Ay qərb-cənub-qərb istiqamətində üfüqə çox yaxın yerləşəcək və təxminən 06:02-də batacaq.
Daha güclü qismən tutulma isə 06:33-də başlayacaq. Bu mərhələdə Ay artıq Bakıdan görünməyəcək.
Azərbaycanda müşahidə üçün Naxçıvan nisbətən daha əlverişli olacaq. Burada Ay təxminən 06:19-a qədər üfüqdə qalacaq. Gəncədə bu müddət təxminən 06:14, Xankəndidə 06:13, Mingəçevirdə isə 06:11 olacaq.
Mütəxəssislər hadisəni müşahidə etmək istəyənlərə qərb-cənub-qərb istiqamətində üfüqü açıq olan ərazi seçməyi tövsiyə edir.
Ay tutulmasını müşahidə etmək üçün xüsusi qoruyucu eynəyə ehtiyac yoxdur. Lakin Azərbaycanda görünəcək yarımkölgəli mərhələ çox zəif olduğundan tutulmanı adi gözlə fərq etmək çətin ola bilər.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31