Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev gənc rusiyalılarla bağlı qalmaqallı açıqlama verib. Siyasətçi indiki tarixi mərhələdə, onun fikrincə, vətənpərvər mövqeyi bölüşməyən gənc nəslin bir hissəsini sərt şəkildə tənqid edib. Xüsusən də müharibəni tənqid edən gənclər haqqında fikirlər səsləndirib.
“PostMedia” xəbər verir ki, Bu barədə “MK” məlumat yayıb.
Medvedev çıxışı zamanı qeyd edib ki, onun ifadəsi ilə desək, “çox mürəkkəb, dramatik dövr” yaşayan ölkədə bəzi gənclərin vətəndaş mövqeyi onda təəccüb doğurur.
O bildirib ki, həmin gənclərin bir çoxunun “beyinləri ilə bağlı problemləri var” və belə mövqe nümayiş etdirənləri “axmaqlar” adlandırıb.
Təhlükəsizlik Şurası sədrinin müavininin sözlərinə görə, rusiyalı gənclərin əhəmiyyətli hissəsi xarici amillərin təsiri altına düşür və ölkədə, eləcə də dünyada baş verən hadisələrlə bağlı müxalif mövqelər nümayiş etdirmək üçün “cüzi pul və vədlərə aldanır”.