6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Rubio: "ABŞ “doğuş turizmi” ilə mübarizə çərçivəsində bir ayda 600-dən çox vizanı ləğv edib"

13-avqust-2026, 06:44
Rubio: "ABŞ “doğuş turizmi” ilə mübarizə çərçivəsində bir ayda 600-dən çox vizanı ləğv edib"
Yazı Ölçüsü:
ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, ABŞ hakimiyyəti bir ay ərzində 600-dən çox əcnəbinin vizasını “doğuş turizmi” adlanan praktika ilə mübarizə çərçivəsində ləğv edib.
“PostMedia” xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində paylaşım edən Rubio bu cür sxemləri təşkil edənləri ABŞ-nin miqrasiya qanunvericiliyindən sui-istifadə etməkdə ittiham edib və hakimiyyətin bu praktikanı tamamilə dayandırmaq niyyətində olduğunu bildirib.
“Amerika vətəndaşlığı satılmır. Lakin doğuş turizminin geniş şəbəkələri əcnəbilərə ABŞ-nin viza sistemini aldatmağı öyrətməklə, səfər və yaşayış yerlərini təşkil etməklə, hətta sənədləri saxtalaşdırmaqla Amerika qanunlarından sui-istifadə edərək gəlir əldə edir. Bütün bunlar yalnız onların uşaqlarının vətəndaşlıq əldə edə bilməsi üçün edilir”, – Rubio yazıb.
Onun sözlərinə görə, Dövlət Departamenti doğuş turizminin qarşısının alınması üzrə xüsusi işçi qrupu yaradıb. Qrup viza sahiblərinin fəaliyyətini yoxlayır, qanunsuz şəbəkələrin ləğvi ilə məşğul olur və ABŞ qanunvericiliyindən sui-istifadəyə son qoymalıdır.
“Cəmi bir ay ərzində doğuş turizminin qarşısının alınması üzrə işçi qrupu dünyanın müxtəlif ölkələrindəki əcnəbilərin 600-dən çox vizasının ləğvi istiqamətində tədbirlər görüb”, – dövlət katibi bildirib.
Rubio vurğulayıb ki, Dövlət Departamenti doğuş turizmi şəbəkələrini dağıtmaq və ABŞ vətəndaşlığının verilməsi prinsiplərini qorumaq üçün “bütün mövcud vasitələrdən” istifadə etmək niyyətindədir.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031