6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Parisdə hakimiyyət elektrik skuterləri ilə hərəkət qaydalarını sərtləşdirib

12-avqust-2026, 01:07
Parisdə hakimiyyət elektrik skuterləri ilə hərəkət qaydalarını sərtləşdirib
Yazı Ölçüsü:

Parisdə polis elektrik skuterlərdən və digər fərdi hərəkət vasitələrindən istifadə edən şəxsləri qoruyucu vasitələrdən istifadə etmədiklərinə görə cərimələməyə başlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Avqustun 7-dən qüvvəyə minən yeni qaydalara əsasən, istifadəçilər dəbilqə və işıq əks etdirən qoruyucu geyimlərdən istifadə etməlidirlər.

Dəbilqəsiz hərəkət edən şəxslər 135 avro, işıq əks etdirən geyim və ya elementlərdən istifadə etməyənlər isə 35 avro məbləğində cərimələnəcək.

Polis elektrik skuterlər, seqveylər, elektrik skeytbordlar və digər oxşar nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların sayının artmasından sonra nəzarəti gücləndirib. Paris polisinin məlumatına görə, ilin əvvəlindən paytaxtda bu nəqliyyat vasitələrinin iştirakı ilə xəsarətlə nəticələnən 136 yol-nəqliyyat hadisəsi baş verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur.

Paris polis prefekturasının nümayəndəsi Elen Deneşer bildirib ki, xəsarətlə nəticələnən qəzaların sayının artdığı yeganə yol hərəkəti iştirakçıları kateqoriyası məhz budur. Onun fikrincə, dəbilqədən istifadə alınan xəsarətlərin ağırlığını azaltmağa imkan verir.

Yeni tələblər Paris sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər qoruyucu vasitələri təhlükəsizlik üçün zəruri hesab edir, digərləri isə yeni qaydaları həddindən artıq sərt adlandıraraq hər kəsin dəbilqə və işıq əks etdirən elementlərdən istifadə edib-etməməsinə özü qərar verməli olduğunu düşünür.

Vətəndaşların bir qismi də dəbilqəsiz hərəkətə görə 135 avroluq cəriməni həddindən artıq yüksək hesab edib. Eyni zamanda yeni qaydaların tərəfdarları qəza zamanı elektrik skuterlərdən və digər fərdi hərəkət vasitələrindən istifadə edən şəxslərin aldığı ağır xəsarətlərə diqqət çəkirlər.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31