ABŞ Prezidenti Donald Tramp İranla bağlı üç mümkün strategiyanın olduğunu bildirib. O, hazırkı iqtisadi təzyiq siyasətini davam etdirməyin, İrana daha sərt zərbə vurmağın və ya əsasən iqtisadi təzyiqə yönəlməyin mümkün variantlar olduğunu deyib.
"PostMedia" bu barədə "Anadolu Agentliyi"nə istinadən xəbər verir.
“Onların 300 faiz inflyasiyası var. Valyutalarının demək olar ki, heç bir dəyəri yoxdur. Əsgərlərinə maaş verə bilmirlər. Əsgərləri ordudan ayrılır. Ona görə də sadəcə bunu davam etdirmək lazımdır”, – deyə Tramp bildirib.
ABŞ prezidenti İran iqtisadiyyatının “tamamilə xaos” içində olduğunu və ölkənin borc götürə bilmədiyini iddia edib.
“Biz onların pullarına nəzarət edirik, onların sahib olduqları pullara. Onların çox pulu var idi. Biz buna tam nəzarət edirik. Mən onların bankiriyəm. Mən onların bankiriyəm”, – Tramp vurğulayıb. (Anadolu Ajansı)