6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp: "Hörmüz boğazına yalnız ABŞ nəzarət edir"

11-avqust-2026, 14:58
Tramp: "Hörmüz boğazına yalnız ABŞ nəzarət edir"
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp sensasion açıqlama verərək, Amerika ordusunun Hörmüz boğazına nəzarəti ələ keçirdiyini bildirib.

"PostMedia" xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin su yolunu minalardan təmizlədiyini və “indi onun açıq olduğunu” deyən Tramp bu açıqlamanı "Oval kabinet"də verib. Onun sözlərinə görə, Hörmüz boğazına “nəzarət edən yeganə ölkə ABŞ-dır”.

Tramp bölgədəki hərbi vəziyyətlə bağlı daha konkret danışaraq, ABŞ-nin regiondakı hərbi mövcudluğunun “polad divar” rolunu oynadığını bildirib. Bu barədə Bild məlumat yayıb. Trampın sözlərinə görə, İran qüvvələri “vaxtaşırı minalar yerləşdirsə də”, ABŞ onları aşkarlayaraq zərərsizləşdirir.

Müharibədən əvvəl dünya neft ticarətinin təxminən beşdə biri Hörmüz boğazından keçirdi. Buna görə də bazarlar regiondakı hadisələrin inkişafını diqqətlə izləyirlər. Trampın açıqlamasının bu strateji dəniz yolu uğrunda mübarizənin başa çatması anlamına gəlib-gəlmədiyi isə hələlik məlum deyil.

ABŞ prezidentinin açıqlamaları İranla davam edən münaqişə fonunda səslənib. Hörmüz boğazının rəsmi və tam şəkildə açılması müqabilində Tehran hələ də ABŞ-nin dəniz blokadasının dayandırılmasını və kompensasiya ödənilməsini tələb edir.

Tramp isə İranın tələblərinə cavab olaraq bunun onda “maraqlı fikir” yaratdığını bildirib. Onun fikrincə, ABŞ-dan ödəniş tələb etmək əvəzinə, İran özü Birləşmiş Ştatlara vurduğu zərərə görə kompensasiya ödəməlidir.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31