6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Paşinyanın qızı Ədliyyə Nazirliyində işə düzəlib?

11-avqust-2026, 16:53
Paşinyanın qızı Ədliyyə Nazirliyində işə düzəlib?
Yazı Ölçüsü:

Ermənistanın Ədliyyə Nazirliyində şəxsi məlumatların mühafizəsi üzrə müstəqil qurumun yaradılması ilə bağlı qanunvericilik paketinin müzakirəsi keçirilib.

Ədliyyə naziri Srbuhi Qalyanın rəhbərliyi ilə keçirilən müzakirə ilə bağlı nazirlik sosial şəbəkələrdə video yayımlayıb.

"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, videoda Ermənistanın Baş naziri Nikol Paşinyanın ortancıl qızı Şuşan Paşinyanın da tədbirdə iştirak etdiyi görünür.

Bu görüntülər onun Ədliyyə Nazirliyində işləyib-işləmədiyi ilə bağlı suallar doğurub.

Məsələyə aydınlıq gətirən Ermənistan Ədliyyə Nazirliyinin sözçüsü Mariam Melkumyan bildirib ki, Şuşan Paşinyan “Nazirlə bir gün” proqramında iştirak edir və eyni zamanda nazirlikdə təcrübə keçir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031