6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

NASA astrofiziki: "Yadplanetlilər Yerə 1 milyon ildən çox əvvəl çata bilərdilər"

07-avqust-2026, 09:01
NASA astrofiziki: "Yadplanetlilər Yerə 1 milyon ildən çox əvvəl çata bilərdilər"
Yazı Ölçüsü:

NASA-nın Ames Tədqiqat Mərkəzinin keçmiş tədqiqatçısı və Nyu-York Ştat Universitetinin astrofiziki Kevin Knutun yadplanetlilərlə bağlı iddiaları dünya mediasının diqqətini çəkib. 

 O, yadplanetli sivilizasiyaların həqiqətən Yerə gəldiyini, bunun bir milyon ildən çox əvvəl baş verdiyini iddia edib. "PostMedia" "Popular Mechanics"ə istindən xəbər verir ki, astrofizik bu nəticəyə kompüter modelləşdirməsi əsasında gəldiyini bildirib. Alimin sözlərinə görə, o, kosmik gəmilərin sürətini, mövcudluq müddətini, uçuş məsafəsini və yeni ulduz sistemlərinin kolonizasiya ehtimalını nəzərə alaraq ulduzlararası uçuşa qadir olan 10 milyon sivilizasiyanın inkişafını modelləşdirib.

Hesablamalar göstərir ki, ulduzlararası sivilizasiyanın Yerə çatma ehtimalı təxminən 0,000405% -dir. Üstəlik, əgər belə bir səfər həqiqətən baş veribsə, modelə görə, orta hesabla bu, yaxın keçmişdə deyil, təxminən 1,2 milyon il əvvəl baş verə bilərdi. 

Müəllif həmçinin bəzi naməlum anomal hadisələrin (əvvəllər UFO kimi tanınan UAP-lar) yerüstü mənşəli ola biləcəyini irəli sürür. Dəlil olaraq, o, hərbi obyektlərin və nüvə infrastrukturunun yaxınlığında UAP-ların müşahidə olunması ilə bağlı məlumatlara istinad edib.

Bununla yanaşı, Kevin Knut vurğulayıb ki, bu obyektlərin mənşəyi hələ də məlum deyil və onların elmi metodlarla daha ətraflı araşdırılmasına ehtiyac var. Alim hazırda UAPx layihəsində və ABŞ-ın Naməlum Anomal Hadisələrin Araşdırılması üzrə Elmi Məşvərət Şurasında fəaliyyət göstərir. 

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31