Böyük Britaniya hökumətinin başçısı Endi Börnhem vəzifəyə başladıqdan cəmi iki həftə sonra işinə fasilə verib.
"PostMedia" xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti Baş nazirin ofisinin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Endi Börnhem Baş nazir vəzifəsini icra etməyə başladıqdan iki həftə sonra məzuniyyətə yollanıb.
Bildirilib ki, hökumət fəaliyyətini adi qaydada davam etdirir.
Dauninq Strit yeni hökumət başçısının və ailəsinin nə qədər müddətə məzuniyyətə getdiyini, eləcə də hansı ölkəyə səfər etdiyini açıqlamayıb. Həmçinin məzuniyyətin Börnhemin hər hansı konkret planı və ya işi ilə bağlı olub-olmaması barədə rəsmi şərh verilməyib.