6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Ruben Rubinyan iki yaşlı oğlu qarşısındakı borcundan danışıb: Nəyin bahasına olursa olsun sülh

02-avqust-2026, 12:59
Ruben Rubinyan iki yaşlı oğlu qarşısındakı borcundan danışıb: Nəyin bahasına olursa olsun sülh
Yazı Ölçüsü:

Ermənistan parlamentinin spikeri vəzifəsinə yeganə namizəd Ruben Rubinyan bildirib ki, iki yaşına yaxın olan oğlu indiyədək müharibə görməyib və yaşıdları da eyni taleyi yaşayıb.

"PostMedia" xəbər verir ki, bu fikirləri o, avqustun 2-də yeni seçilmiş Ermənistan Milli Assambleyasının ilk iclasında çıxışı zamanı səsləndirib.

"Mən əlimdən gələni edəcəyəm ki, mənim övladlarım, sizin övladlarınız – hamımızın uşaqları müharibənin nə olduğunu bilməsin və onu heç vaxt görməsin", – deyə Ruben Rubinyan vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031