6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Makron bu dəfə də tünd rəngli gün eynəyi ilə gündəmə gəlib

29-iyun-2026
Makron bu dəfə də tünd rəngli gün eynəyi ilə gündəmə gəlib
Yazı Ölçüsü:

Fransa Prezidenti Emmanuel Makron Omanın sultanı Heysəm bin Tariq Al Səidin Parisə rəsmi səfəri çərçivəsində keçirilən görüş zamanı yenidən tünd rəngli gün eynəyi ilə ictimaiyyət qarşısına çıxıb.

"PostMedia" Fransa mətbuatına istinadən xəbər verir ki, Makron Omanın sultanını Yelisey sarayının qarşısında qarşılayarkən gün eynəyi taxıb və binaya daxil olduqdan sonra da onu çıxarmayıb. Fransa lideri rəsmi proqramı, o cümlədən sənədlərin imzalanması mərasimini də eynəklə davam etdirib.

Prezidentin ətrafı bunun səbəbini yenidən gözlə bağlı yaranmış problemlə izah edib. Bildirilib ki, Makronun eynəkdən istifadə etməsi tibbi zərurətlə əlaqədardır.

Bu, Fransa prezidentinin oxşar səbəbdən ilk dəfə gün eynəyi ilə rəsmi tədbirə qatılması deyil. O, daha əvvəl də 2026-cı ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumunda eynəklə görüntülənmişdi. Həmin vaxt Makron bunu göz damarlarından birinin zədələnməsi ilə əlaqələndirmişdi.

Bununla belə, prezidentin rəsmi tədbirlərdə gün eynəyi ilə görünməsi sosial şəbəkələrdə və siyasi dairələrdə müxtəlif müzakirələrə və fərziyyələrə səbəb olub. Bu iddiaların heç biri rəsmi şəkildə təsdiqlənməyib.

Qeyd edək ki, Omanın sultanı Heysəm bin Tariq Al Səidin Fransaya səfəri onun ölkəyə ilk rəsmi dövlət səfəri hesab olunur.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930