6°C Bakı
1$ = 1.70₼
Maraqlı

Zukerberq öz mərc platformasını yaratmaq istəyir

24-iyun-2026
Zukerberq öz mərc platformasını yaratmaq istəyir
Yazı Ölçüsü:

Mark Zukerberq özünün "Meta" şirkətinə (Rusiyada ekstremist təşkilat kimi tanınıb və qadağan edilib) "Polymarket" nümunəsi əsasında bukmeker platforması hazırlamağı tapşırıb. Bu platformada istifadəçilər idman, iqtisadiyyat və siyasət də daxil olmaqla müxtəlif hadisələrə mərc edə biləcəklər.

"PostMedia" xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti korporasiyanın əməkdaşlarına istinadən məlumat yayıb.

Zukerberq əməkdaşların kiçik bir qrupuna smartfonlar üçün müvafiq tətbiqin hazırlanmasına başlamağı tapşırıb. Platforma videooyun prinsipi əsasında fəaliyyət göstərəcək və istifadəçilər mərc etmək üçün real pullar əvəzinə oyun xalları istifadə edəcəklər. Nəşrin həmsöhbətlərindən biri istisna etməyib ki, zaman keçdikcə real pul mərcələri də tətbiq oluna bilər. Şirkət daxilində yeni tətbiq "Arena" adını alıb və o, "Meta"ya məxsus "Facebook", "Instagram" və "WhatsApp" platformalarından ayrı fəaliyyət göstərəcək. "Meta" yeni bukmeker tətbiqini reklam etmək üçün bu platformalardan istifadə etməyi planlaşdırır.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, yeni tətbiqlə bağlı işlər "eksperimental xarakter daşıyır, lakin prioritet statusu alıb". NYT qeyd edir ki, nəticədə tətbiq ümumiyyətlə istifadəyə verilməyə də bilər.

Bundan əvvəl "The Wall Street Journal" (WSJ) qəzeti xəbər vermişdi ki, Polymarket bukmeker platforması bloqerlərə əlavə ödəniş edir ki, onlar videolarında guya əldə etdikləri uğurları və böyük qazancları nümayiş etdirsinlər və bununla yeni müştərilər cəlb etsinlər. WSJ-nin məlumatına görə, platformanın bir sıra istifadəçiləri ABŞ prezidenti Donald Trampın müəyyən ay ərzində "McDonald's" sözünü işlədəcəyinə mərc edərək böyük məbləğlər qazandıqları barədə videolar yayıblar. Lakin qəzet qeyd edir ki, həmin mərcələrin heç biri real olmayıb. Futbol üzrə dünya çempionatı səbəbindən bu cür videoların sayı artıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930