6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv edib

19-iyun-2026, 20:50
İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv edib
Yazı Ölçüsü:

İtaliyanın xarici işlər naziri və baş nazir müavini Antonio Tayani ABŞ-yə planlaşdırılan səfərini İtaliyanın baş naziri Corca Meloni barədə prezident Donald Trampın verdiyi açıqlamalara etiraz olaraq ləğv etdiyini bildirib.

"PostMedia" xəbər verir ki, Tayaninin sözlərinə görə, ABŞ liderinin “kobud və təhqiramiz ifadələri bütün İtaliyanı təhqir edir”. Səfər iyunun 21–22-nə planlaşdırılmışdı və Mayamidə keçiriləcək İtaliya–Amerika forumunda iştirak, eləcə də dövlət katibi Marko Rubi ilə görüşləri əhatə etməli idi.

Daha əvvəl Tramp İtaliya telekanallarından birinə verdiyi müsahibədə Meloninin guya G7 sammitində onunla birlikdə foto çəkdirmək üçün “yalvardığını” iddia etmişdi. İtaliyanın baş naziri isə bu iddiaları təkzib edərək onları “tamamilə uydurma” adlandırmışdı.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31