6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp Hormuz boğazı ilə bağlı mövqeyinə görə Melonini artıq öz tərəfdarı saymır

19-iyun-2026, 23:05
Tramp Hormuz boğazı ilə bağlı mövqeyinə görə Melonini artıq öz tərəfdarı saymır
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, o, İtaliyanın baş naziri Corcia Melonini artıq öz siyasi tərəfdarı kimi görmür. Buna səbəb kimi Hormuz boğazı ilə bağlı Meloninin mövqeyi göstərilib.

"PostMedia" xəbər verir ki, bu barədə "Ağ Ev" yanında "NBC News"un jurnalisti Gabe Gutierrez "X" sosial şəbəkəsində yazıb və ABŞ lideri ilə telefon danışığına istinad edib. Onun sözlərinə görə, Tramp bildirib ki, NATO çərçivəsində Hormuz boğazı ətrafındakı vəziyyətlə bağlı keçirilən müzakirələrdə Meloninin ABŞ mövqeyini dəstəkləməməsi səbəbilə onu artıq öz tərəfdarları sırasında görmür.

Daha əvvəl Tramp iddia etmişdi ki, Fransa G7 sammiti zamanı Meloni guya onunla birgə foto çəkdirmək üçün “yalvarıb”. İtaliyanın baş naziri isə bu açıqlamaları “tamamilə uydurma” adlandıraraq təkzib etmişdi.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31