6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp: İran “10 sent belə almayacaq”

19-iyun-2026, 17:54
Tramp: İran “10 sent belə almayacaq”
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İrana maliyyə vəsaiti ayırmaq niyyətində deyil və vurğulayıb ki, danışıqlar təşəbbüsü Tehrandan gəlib.

"PostMedia" xəbər veir ki, Tramp İsveçrədə ikitərəfli danışıqların ləğv edilməsindən sonra "Truth Social" sosial şəbəkəsində yazıb.

“Görüşə ümidsizlikdən getməmişik, gedən İran olub. Onlar dəli olublar. Bu 60 günün (növbəti danışıqlar mərhələsinin) necə keçəcəyinə biz qərar verəcəyik. Onlar 10 sent belə almayacaqlar”.

Bu bəyanat Vaşinqton və Tehran arasında mümkün razılaşmanın şərtləri ilə bağlı fikir ayrılıqlarının davam etdiyi bir vaxtda səsləndirilib.

Bundan əvvəl ABŞ administrasiyasının rəsmiləri İranın bəzi dondurulmuş aktivlərinin blokdan çıxarılması məsələsinin müzakirə oluna biləcəyini bildirmişdilər. Bununla yanaşı, onlar vurğulamışdılar ki, hər hansı güzəşt yalnız İran gələcək sazişlər çərçivəsində üzərinə götürəcəyi uzunmüddətli öhdəlikləri yerinə yetirdiyi halda mümkün olacaq.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031