6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Almaniya Ermənistan Müdafiə Nazirliyinə 16 qar motosikleti hədiyyə edib

17-iyun-2026, 20:32
Almaniya Ermənistan Müdafiə Nazirliyinə 16 qar motosikleti hədiyyə edib
Yazı Ölçüsü:

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Eduard Asryan Ermənistanda Almaniyanın fövqəladə və səlahiyyətli səfiri Klaudia Buşu qəbul edib.

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Klaudia Buş Almaniya federal hökuməti adından Müdafiə Nazirliyinə 16 ədəd qar motosikleti təqdim edib. Bu texnika Ermənistan Silahlı Qüvvələrinin texniki vasitələrinin modernləşdirilməsi və imkanlarının inkişafı məqsədilə verilib.

Qar motosikletlərinin yüksək dağlıq şəraitdə şəxsi heyətin və kiçik həcmli yüklərin daşınması üçün istifadə olunacağı bildirilir. Almaniyadan gələn mütəxəssislərin dəstəyi ilə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti bu günlərdə həmin texnikanın istismarı üzrə təlim keçir.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31